Soyuq havada mənzili niyə havalandırmalıyıq?

Sağlamlıq

25.10.2024 18:05

Soyuq havada mənzili mütəmadi olaraq havalandırmaq lazımdır. 

TodayPress xəbər verir ki, həkimlərin qənaətinə görə, təmiz hava orqanizmin bütün hüceyrələrinin enerjisi və həyati fəaliyyəti üçün lazımdır. 

Qapalı, havalandırılmayan məkanda oksigenin səviyyəsi azalır, karbon qazının səviyyəsi isə əksinə artır. 

Bu, sağlamlığın pisləşməsinə, baş ağrılarına və performansın azalmasına, qan dövranının pozulmasına və qan təzyiqinin artmasına səbəb ola bilər.  

Bundan əlavə, havalandırılmayan bir otaqda bakteriyalar, mikroorqanizmlər və allergenlər daha aktiv şəkildə çoxalırlar. Beləcə virusun ötürülməsi, allergiya və tənəffüs xəstəlikləri riski artır. 

Qış mövsümündə hər iki saatdan bir yarım saat mənzili havalandırmaq tövsiyə olunur.  

Günəş Mərd

tag: Hava, Bakteriya, Mənzil, Virus,todaypress.az,