Şirin içkilərin zərərləri
Şəkərli içkilərin müntəzəm istifadəsi bədən yağının artmasına, piylənməyə, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabetin inkişaf riskinin artmasına səbəb ola bilər.
TodayPress xəbər verir ki, mütəxəssislər bu qənaətə gəliblər.
Qeyd olunub ki, şəkərli içkilərin tərkibində çox miqdarda sadə karbohidratlar, əlavə edilmiş şəkərlər var.
Mədəaltı vəz və qaraciyər bir dəqiqə içərisində 6-8 qaşıq şəkəri qəbul etmək gücündə deyil. Bu zərbə dozasıdır. Xüsusən azyaşlı uşaqlar gündə 1 litr belə sular içir.
Orqanizm yüksək miqdar şəkər dozası alanda məcburi insulin sıçrayışı olur, bu periodik olaraq baş verdikdə, insulinrezisdentlik yaranır. Nəticədə isə piylənmə və II tip diabet qaçılmazdır. Daha bir risk karbohidrat mübadiləsinin pozulmasıdır. Eyni zamanda bildirilib ki, bu içkilər susuzluğu adi sudan daha az yatırır.
Nicat Osman
tag: İçki,Şəkər,insulin,Qaraciyər,Todaypress.az,