Şəkərli içki sevənlərin DİQQƏTİNƏ: Hər gün qəbul etsəniz…
Alimlər müəyyən ediblər ki, içki seçimi depressiya və narahatlığın inkişaf riski ilə əlaqələndirilə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Journal of Affective Disorders” jurnalında məqalə dərc olunub.
Tədqiqat Çinin Venzhou Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.
Təhlil yaşı 37-dən 73-ə qədər olan 188 min insanın məlumatlarına əsaslanır.
Onlar orta hesabla 11 il ərzində izlənilib və müxtəlif içkilərdən istifadənin yeni depressiya və narahatlıq halları ilə necə əlaqəli olduğu araşdırılıb.
60 yaşdan kiçik insanlar arasında şəkərli içkilərin müntəzəm istehlakı depressiya riskini artırıb: qazlı su və şəkərli şirə içənlərdə 14 faiz, süni dadlandırıcılı içkiləri seçənlərdə isə 23 faiz.
Amma təzə meyvə-tərəvəz şirələri və ya qəhvə içənlər üçün, əksinə, risk daha az olub - müvafiq olaraq 19 və 12 faiz. Yaşlı insanlarda şəkərli içkilərlə psixi sağlamlıq arasında heç bir əlaqə tapılmayıb.
Ancaq qəhvə və təbii şirə yenə də faydalı olub: həm depressiya, həm də narahatlıq riskini azaldıb.
Tədqiqatçılar bir içkini digəri ilə əvəz etsələr nə baş verəcəyini ayrıca nəzərdən keçiriblər.
Belə ki, sodadan şirəyə keçid depressiya riskini 16 faiz azaldıb. Alimlər vurğulayırlar ki, onların tapıntıları içkilərin özünün xəstəlik törətdiyini və ya qarşısını aldığını sübut etmir.
Ancaq tapıntılar pəhrizdəki kiçik dəyişikliklərin belə psixi sağlamlığa təsir edə biləcəyini təsdiqləyir.
Töhfə Səməd
tag: İçki,Şəkər,Sağlamlıq,Xəstəlik,Todaypress.az,