Şəkər xəstəliyinin carçısı
Sağlamlıq
26.10.2024 15:45
Yorğunluq diabetin ilk simptomudur. Terapevt Əmir Xan bu qənaətdədir.
TodayPress xəbər verir ki, həkimin sözlərinə görə, 2-ci tip diabetdə orqanizm enerjini şəkərlərdən azad edə bilmir, ona görə də onu protein və yağ ehtiyatlarından alır. Xan qeyd edib ki, onları parçalamaq daha çətindir və buna görə də yorğunluq yaranır.
Həkim daha çox rast gəlinən sidik yollarının infeksiyalarını və tualetə tez-tez gətməni diabetin digər əlamətləri adlandırıb.
“Bir çox insanlar 2-ci tip diabeti artıq çəki ilə əlaqələndirirlər. Həqiqətən risk faktoru olsa da, əslində insan orqanizm şəkər əvəzinə yağları və zülalları parçalayanda çox vaxt anlaşılmaz şəkildə arıqlamağa başlayır” deyə Xan əlavə edib.
Şəkər xəstəliyi zamanı həmçinin neyropatiya inkişaf edir. Bu da ayaqlarda qıcolma və ağrılara gətirib çıxarır. Terapevtin fikrincə, bu vəziyyət şəkərin ekstremitələrdəki qan damarlarına zərər verməsi səbəbindən baş verir.
Xan həmiçin bildirib ki, ətirli şamlar və təravətləndiricilər ürəyə və ağciyərlərə mənfi təsir göstərir.
Nərmin Tuncay
tag: Şəkər, Xəstəlik, İnsanlar, Sağlamlıq,Yorğunluq, todaypress.az,