Səhiyyə naziri: “6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq”

Sağlamlıq

05.05.2025 10:29

19

 "Ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən  “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb".

TodayPress xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda səhiyyə naziri Teymur Musayev səsləndirib.   

Onun sözlərinə görə, Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.

tag: Səhiyyə,Nazir,Konfrans,Çıxış,Todaypress.az,