Səhər qəhvə içməyin FAYDALARI

Sağlamlıq

30.04.2025 10:20

19

Qəhvəni yalnız səhər saatlarında içmək sağlamlıq baxımından daha faydalıdır.

TodayPress xəbər verir ki, bu, vaxtından əvvəl ölüm və ürək xəstəlikləri riskini azalda bilər.

Gün ərzində və ya axşam saatlarında qəhvə içmək isə tövsiyə olunmur. 

Bunun əsas səbəbi orqanizmin bioloji (sirkadiyalı) ritmlərində baş verən dəyişikliklər və oyaqlıqla istirahət hormonlarının balansının pozulmasıdır.

Qeyd olunur ki, içilən qəhvə təbii olmalı, tərkibində zərərli əlavələr olmamalıdır.

Xüsusilə şəkərlə qovrulmuş qəhvə növləri (torrefakto texnologiyası) sağlamlıq üçün zərərli ola biləcək maddələr əmələ gətirə bilər.

Türkan İsgəndərli

tag: Qəhvə,Ürək,Sağlamlıq,Orqanizm,todaypress.az,