Səhər daha enerjili olmaq üçün etməli olduğumuz ritual

Sağlamlıq

08.11.2024 12:30

Bir çox insan qış günlərində, xüsusilə də hava hələ tam aydınlanmamış oyanmaqda çətinlik çəkir. Bunun qarşısını almaq üçün yuxu mütəxəssisi Burak Özdemir bir sıra məsləhətlər verib.

TodayPress xəbər verir ki, mütəxəssis öz tövsiyələrini “Daily Record”a danışıb.

Onun sözlərinə görə, bir çox insan səhərlər isti duş qəbul edir. Lakin bunun əksinə soyuq duş qəbul etsələr, daha yaxşı və tez oyana bilərlər. Çünki soyuq su qan dövranını yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır və gün ərzində enerjili olmağa kömək edir.

Mütəxəssis birdən-birə soyuq suya alışmaqda çətinlik çəkənlər üçün də tövsiyə verib. O, qeyd edib ki, duş qəbulunun sonuna yaxın təxminən otuz saniyə temperaturu tədricən aşağı salmaq və soyuq suyun altında qalma müddətini getdikcə uzatmaq lazımdır.

Bundan əlavə, Burak Özdemir oyanmaqda çətinlik çəkənlərə zəngli saatı uzaqda quraşdırmağı məsləhət görüb. Belə ki, zəngli saat işə düşən zaman şəxs qalxıb onu söndürməyə məcbur olacaq və bununla da tədricən oyanacaq. 

Mütəxəssis gün ərzində enerjili musiqilərə qulaq asmağın da yuxu sisteminə faydası olduğunu bildirib. 

Töhfə Səməd

tag: Mütəxəssis, Su, Enerji, İnsanlar, Sağlamlıq, todaypress.az,