Saqqız çeynəyənlərin nəzərinə: Tərkibində plastik var

Sağlamlıq

20.03.2025 14:30

2311

Saqqızın plastik çirklənmənin gizli mənbəyi olduğu aşkarlanıb.

TodayPress xəbər verir ki, bu barədə məlumat “The Conversation” jurnalında dərc edilib. 

Araşdırmalar göstərir ki, müasir saqqızların əksəriyyətinin tərkibində avtomobil təkərlərində və plastik torbalarda istifadə olunan sintetik polimerlərə bənzər maddə var.

Bildirilib ki, saqqız istehsalçıları yalnız nadir hallarda onun tərkibini açıqlayır. Lakin kimyəvi analizlər saqqızın tərkibində stirol butadien, polietilen və polivinil asetat kimi komponentlərin olduğunu göstərib.

Qeyd edək ki, dünyada hər il təxminən 2,4 milyon tona yaxın saqqız istehsal olunur. Bunun da 730 min tondan çoxu müvafiq sintetik maddələrdir.

Aysel Mətləb

tag: Saqqız,Çeynəmək,Plastik,Sintetik,Todaypress.az,