Saçı tez-tez yumaq saç dibinə zərər vermir – Trixoloq AÇIQLADI
“Saçların tez-tez yuyulması saç dibinə zərər vurmur, əksinə, saç follikullarının sağlamlığını qorumağa kömək edir”.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail”ə Nyu-Yorkdan olan trixoloq Anabel Kinqsli məlumat verib.
Həkimin sözlərinə görə, saç dərisi də bədən dərisi kimi mütəmadi təmizlənməyə ehtiyac duyur.
Yayılmış yanlış fikrin əksinə olaraq, saç telləri və baş dərisi özünü təmizləyə bilmir.
Saçların nadir hallarda yuyulması nəticəsində piy və ölü dəri hüceyrələri yığılır, bu da qaşınma və saç tökülməsi kimi problemlərə yol aça bilər.
Kinqsli vurğulayıb ki, baş dərisinin sağlam qalması üçün saçlar ən azı üç gündə bir dəfə yuyulmalıdır, zərurət olduqda isə bu, hər gün də edilə bilər.
Saçların təmiz saxlanması yalnız görünüş baxımından deyil, həm də follikulların bütövlüyünün qorunması baxımından vacibdir.
Trixoloq həmçinin saçlar yuyulduqdan sonra onları uzun müddət pambıq dəsmala bükməkdən çəkinməyi məsləhət görüb. Nəm dəsmalın çəkisi saç köklərinə əlavə təzyiq yarada bilər.
Bu riski azaltmaq üçün o, mikrofiber materialdan hazırlanmış yüngül dəsmallardan istifadə etməyi tövsiyə edib.
Qiymət Mahir
tag: Saç,Yuma,Qaşıntı,Tökülmə,Sağlamlıq,Todaypress.az,