Saç tökülməsinin səbəbləri

Sağlamlıq

29.01.2025 15:06

Gündə saçımızdan 50-100 tükün tökülməsi fizioloji norma hesab olunur, ancaq daha böyük itkilər müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.       

TodayPress xarici mediaya istinadən xəbər verir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər.

Prosesə xroniki xəstəliklər ,eyni zamanda, diabet, tiroid xəstəliyi, polikistik yumurtalıq sindromu da təsir edə bilər.  

Yeniyetməlik dövründə tökülməni hormonal dəyişikliklərlə izah etmək olar. Əksər hallarda keçəlliyə genetik meyl yeniyetməlik dövründə ortaya çıxır. Valideynlərin saç problemi olubsa, övladlarının da belə bir halla qarşılaşma ehtimalı yüksəkdir.

Bəzi dərmanlar, məsələn, antibiotiklər, kontraseptivlər, steroidlər və antitümör dərmanlar da saç tökülməsinə gətirib çıxarır.  

Həmçinin balanssız qidalanma da xüsusilə gənclərdə saç tökülməsinə səbəb ola bilər. Gənclər tez-tez pəhriz, fast-food və şirniyyatlara aludə olurlar ki, bu da sağlam saçlar üçün lazım olan dəmir, sink, "B" vitaminləri, biotin kimi vitamin və mineralların çatışmazlığı ilə nəticələnir. 

Bütün hallarda saç tökülməsinin səbəbini dəqiq müəyyən etmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır. 

Nicat Osman

tag: Saç tökülməsi,Maddə,Zərər,Vitamin,Todaypress.az,