Rusiyada xərçəngə qarşı peyvənd pulsuz olacaq

Sağlamlıq

15.12.2024 07:00

Rusiya xərçəngə qarşı yeni vaksin hazırlayıb.

TodayPress xəbər verir ki,  bu barədə Rusiya Səhiyyə Nazirliyinin Radiologiya Tibbi Araşdırmalar Mərkəzinin baş direktoru Andrey Kaprin “Rossiya” radiosuna bildirib..

Peyvənd bir neçə tədqiqat mərkəzi ilə əməkdaşlıqda hazırlanıb. Onun 2025-ci ilin əvvəlində ümumi dövriyyəyə buraxılması planlaşdırılır.

Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq bir müddət əvvəl TASS-a bildirib ki, peyvəndin klinikadan əvvəlki sınaqları onun şiş inkişafını və potensial metastazları boğduğunu göstərib.

Aynur TAC 

tag: Rusiya, Peyvənd, Xərçəng, Onkologiya, todaypress.az,