Ramazanda necə qidalanaq? - VACİB TÖVSİYƏLƏR

Sağlamlıq

04.03.2025 14:40

2038

Tanınmış həkim-dietoloq, uzunömürlülük üzrə ekspert Leyla Zülfüqarlı Ramazan ayında düzgün qidalanma ilə bağlı TodayPress-ə danışıb. 

Onun sözlərinə görə, insan ac qaldıqda, orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir.

Prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnmiş, köhnəlmiş hüceyrələri təmizləyir.   

Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, həm bu orqanda reabilitasiya prosesi başlayır, bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır.

Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir.

Həkim-diyetoloq qeyd edib ki, Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də, qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır. Bu, həmin şəxslərin Ramazan ayında düzgün qidalanmamaları üçün baş verir. Ramazan ayı isə sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. 

Türkan İsgəndərli

tag: Ramazan,Qidalanma,Həkim-diyetoloq,

photo