Qulaqlıqlar qan dövranını poza bilər

Sağlamlıq

27.03.2025 16:35

1835

Qulaqlıqlar qan dövranını poza bilər. 

TodayPress xəbər verir ki, bu barədə “NEWS.ru” yazıb. 

Qeyd olunub ki, qulaqları tamamilə əhatə edən, qulaq yastıqları olan müasir qulaqlıqlar temporal və ya oksipital arteriyalara təzyiq edə və qan dövranını poza bilər. Ateroskleroz və ya miqren kimi mikrosirkulyasiya pozğunluğu olan insanlarda hətta yüngül sıxılma da işemiyaya səbəb ola bilər. Bu, stress və ya hipoksiya nəticəsində yaranan ağrıya bənzər çırpıntılı ağrı kimi özünü göstərir. Qulaqlıqlardan istifadə zamanı qulaq nahiyəsində uyuşmaya, qulaqlıqlar çıxarılan zaman başın arxasındakı ağrılara, uzun müddət istifadə etdikdə diskomfortun artmasına diqqət yetirilməlidir. Həmçinin simptonların təkrarlandığı təqdirdə, həkim nevroloq və ya qulaq-burun-boğaz mütəxəssisinə müraciət etmək tövsiyə olunur. Aysel Mətləb

tag: Qulaqcıq,Qan dövranı,Pozulma,Sağlamlıq,Todaypress.az,