Qulaq təmizləmək meningitə səbəb ola bilər
Sağlamlıq
05.02.2025 18:10
İnsanlar çox vaxt kibrit, kağız klipi və ya qələm qapağı ilə qulaq kirini çıxarmağa çalışırlar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, nəticədə qulaq pərdəsində zədələnmə və perforasiya yaranır.
Bu zədələrin sağalmaması riski olduqca böyükdür.
Eyni zamanda kir kütlələrinin orta qulaq boşluğuna itələnməsi qulaqda iltihabın baş verməsinə səbəb ola bilər.
İnfeksiyanın orta qulaqdan yayılması beynin yumşaq qişalarının iltihabı və meningitin inkişafına yol aça bilər.
Bundan əlavə, qulağı təmizləmək üçün pambıq çubuqlarından istifadə etmək də təhlükəlidir. Onlar qulaq kiri kütlələrini qulaq kanalına daha dərindən itələyir.
Qulaqların uzun müddət kirli olması və qulaq kanalının dərisində normal qidalanmanın olmaması da otit (orta qulaq iltihabı) xəstəliyi yaradır. Otit qulağın iltihabı ilə müşayət edilən burun-boğaz xəstəliyidir.
Otitin ilk əlamətlərində və ya ilk simptomlarında, otitdən şübhə yarananda dərhal otolarinqoloq həkimlə məsləhətləşmək lazımdır. Əgər bu mümkün deyilsə, təkbaşına damar genişləndirici damcıları buruna damcılatmaq mümkündür. Məsələn naftizindən istifadə edə bilərsiniz.
Qulağa isə otinum damcılatmaq olar. Bu preparat iltihab əleyhinə təsirindən başqa, qulaqcıqlara da müsbət təsir edir. Qulağın istidə olması arzuolunandır ( quru və isti pambıq, polietlilen lent, şal və papaq). Bununla belə, isti qrelka qətiyyən qoymaq olmaz. Bu tədbirlər sizə həkimə gedənə qədər vaxt itirməməyə imkan verir.
Nicat Osman
tag: Meningit,Otit,Qulaq,İltihab,Todaypress.az,