Qışda uşaqların sağlamlığını qorumaq üçün 5 ən yaxşı məhsul

Sağlamlıq

04.01.2025 18:45

Qış aylarında orqanizmimiz daha çox qida və vitamin tələb edir. 

TodayPress məlumat verir ki, pediatrlar qışda uşaqların sağlamlığını qorumaq üçün onların qida rasionuna daxil edilməli olan ilk 5 məhsulun adını açıqlayıblar. 

Siyahıda ilk sırada naringi və digər sitrus meyvələri var. Qeyd olur ki, onlar immunitet sistemini gücləndirən və soyuqdəymə ilə mübarizə aparan “C” vitamini ilə zəngindir. 

Daha sonra “A” vitamininə çevrilən beta-karotin mənbəyi olan yerkökü gəlir. O, görmə qabiliyyətini yaxşılaşdırır, dərini və selikli qişaları gücləndirir ki, bu da havanın quru olduğu və günəşli günlərin az olduğu qışda xüsusilə vacibdir. 

Üçüncü məhsul qoz-fındıqdır. Onlar bədəni sağlam yağlar, “E” vitamini və maqneziumla təmin edirlər. Həmçinin beyin funksiyasını yaxşılaşdırır, konsentrasiyanı artırır və soyuq mövsümdə enerjini saxlamağa kömək edir.

Siyahıda dörüncü məhsul uşaqların qida rasionuna daxil edilməsi çox vacib olan balıqdır. Balıq qış aylarında sağlam sümüklər, dişlər və immunitet üçün vacib olan “D” vitamini mənbəyidir. Yağlı balıqlarda beyin və sinir sistemi üçün faydalı olan “omeqa-3” yağ turşuları da var.

Beşinci sırada xurma dayanır. Xurma görmə qabiliyyətini yaxşılaşdıran və immunitet sistemini gücləndirən “A” vitamini ilə zəngin qış supermeyvəsidir. Tərkibində anemiyanın qarşısını alan dəmir, həzm üçün lif və enerji üçün təbii şəkər var.   

Bu məhsullar qışda uşaqları sağlam və enerjili saxlamağa, pəhrizin dadlı və sağlam olmasına kömək edəcək. 

Günəş Mərd

tag: Qış ,Uşaq ,Vitamin ,Sağlamlıq, todaypress.az,