Qida borusu xərcənginin əlamətləri hansılardır?

Sağlamlıq

09.11.2024 14:20

“Qida borusu xərçənginin tək əlaməti qida prosesinin pozulması deyil”. 

TodayPress xəbər verir ki, bunu onkoloq, tibb elmləri namizədi Denis Romanov deyib. 

Romanov bildirib ki, qida borusu xərçənginin əsas simptomu özünü göstərən zaman ilkin müalicələr başlanılır. Ancaq şiş yemək borusunun lümenində deyil, divarın və yemək borusunu əhatə edən yağ toxumasının dərinliklərində böyüyərsə, xəstəliyə xas olmayan simptomlar yarana bilər. Bunlar tüpürcək ifrazının artması, sinədə narahatlıq və ya ağrı hissi, hıçqırıq, öskürək, səsin dəyişməsi, və ya anemiya əlamətləridir (dərinin solğunluğu, yorğunluq).

“Qida borusu xərçənginə tez-tez rast gəlinmir, lakin müalicəsi çətindir. Ona görə də mən onun skrininqinin, yəni bir neçə ildən bir kameradan istifadə edərək qida borusu, mədə, onikibarmaq bağırsağın müayinəsinin aparılmasının tərəfdarıyam” deyə həkim əlavə edib.

Töhfə Səməd

tag: Sağlamlıq, Xərçəng, Maraqlı, Səhiyyə, todaypress.az,