Qadınlar niyə kişilərdən çox yaşayır? ARAŞDIRMA
Qadınların beyni kişilərə nisbətən daha yavaş qocalır və onların orqanizmi xəstəliklərə daha davamlıdır.
TodayPress xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Həkim mütəxəssislər bildirirlər ki, qadınların daha çox yaşamasının əsas səbəblərindən biri kimi hormonları göstərmək olar. Belə ki, qadınlarda olan estrogen hormonu ürəyi və qan damarlarını qoruyur. Bununla da insult və infarktın qarşısı alınır.
Testosteron isə kişilərdə risk faizini artırır. Bundan başqa, qadınlarda daha stabil maddələr mübadiləsi, oksigen və qlükozanın udulması faktları var. Bu, beynin gəncliyini və yaxşı idrak qabiliyyətini daha uzun müddət saxlamağa kömək edir.
Həmçinin gündəlik vərdişlər uzun ömürlü olmağa ciddi formada təsir edir. Ekspertlər bildirir ki, kişilər daha az həkimə müraciət edir və zərərli maddələrlə təması tələb edən və ya stress yaradan işlərə daha çox meylli olurlar.
Alkoqol, siqaret, balanssız qidalanma və yuxu rejiminin olmaması da uzun ömürlü olmağa mənfi təsir göstərir.
Töhfə Səməd
tag: Qadın,Kişi,Uzunömürlülük,Qocalma,Qida,Xəstəlik,Sağlamlıq,Todaypress.az,