Psixoloq: “Süni doğuş uşağın psixoloji durumuna mənfi təsir edir”
“Süni doğuşların artması həm ana, həm də uşaq üçün ciddi fəsadlar yaradır”.
TodayPress xəbər verir ki, psixoloq-psixosomatik İradə İmanova bildirib.
Onun sözlərinə görə, bu halların əsas səbəbi anaların təbii doğuşdan qorxmasıdır ki, bu qorxu doğulan uşağın psixologiyasına da təsir edir.
“Süni doğuş faciəvi nəticələrə gətirib çıxara bilər. Ana qorxduqda bu hiss dölə ötürülür və nəticədə qorxaq, narahat uşaqlar dünyaya gəlir. Gələcəkdə bu uşaqlarda psixoloji problemlər özünü göstərəcək”.
Psixoloq vurğulayıb ki, o, psixoloji yardım üçün müraciət edən bir çox uşaqda travmatik əlamətlərlə qarşılaşıb:
“Xüsusilə qız uşaqlarının qollarında, ayaqlarında kəsik izləri olur. Soruşduqda isə “qan çıxanda rahatlaşıram” cavabını alıram. Bu, ciddi narahatlıq doğurur”.
İradə İmanova əlavə edib ki, bəzi qadınlar bədən formalarının pozulmaması üçün qeysəriyyə əməliyyatını seçirlər.
Lakin bu yanaşma yanlışdır: “İnsan sağlam qidalanma və idmanla istədiyi formaya qovuşa bilər. Doğuşdan qaçmaq bunun üçün səbəb olmamalıdır.”
O, həmçinin bəzi anaların uşaqlarına öz əlləri ilə süd verdiyini bildirib: “Bu vərdiş uşağın məsuliyyətsiz və tənbəl olmasına səbəb olur. Körpə əmmə vərdişini itirdikdə, psixoloji və fiziki inkişafında geriləmələr müşahidə oluna bilər”.
Türkan İsgəndərli
tag: Psixoloq,İradə İmanova,Süni Doğuş,Uşaq,Todaypress.az,