Pomidor xərçəng riskini azalda bilər
İranda aparılan yeni araşdırmaya görə, pomidorun tərkibindəki likopin adlı piqment ümumi xərçəng riskini və ağciyər xərçəngindən ölüm ehtimalını azaldır.
TodayPress xəbər verir ki, bu barədə Tehran Tibb Universitetinin alimlərinin “Frontiers in Nutrition” jurnalında dərc edilən araşdırmasında qeyd olunur.
Mütəxəssislər likopinin terapevtik təsirini qiymətləndirmək üçün daha əvvəl dərc edilmiş 121 elmi araşdırmanı təhlil ediblər. Onlar bu təbii maddənin aktiv istehlakının xərçəng riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Tədqiqat nəticəsində müəyyən olunub ki, qida rasionunda likopinin miqdarı yüksək olan şəxslər onkoloji xəstəliklərdən daha yaxşı qorunur.
Hər 10 mkg/dl likopin artımı ümumi xərçəng riskini 5% azaldır.
Xüsusilə likopinin prostat xərçənginin yaranma riskini azaltması ilə güclü əlaqəsi aşkar edilib.
Bundan əlavə, qanında likopinin səviyyəsinin yüksək olduğu xəstələrin ağciyər xərçəngindən sağ qalma ehtimalının daha yüksək olduğu müəyyənləşib.
Qiymət Mahir
tag: Araşdırma,Elm,Pomidor,Xərçəng,todaypress.az,