Plastik ürək üçün təhlükəlidir - XƏBƏRDARLIQ

Sağlamlıq

29.04.2025 13:30

15

Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, plastiki elastik edən ftalat adlı maddələr ürək-damar xəstəlikləri riskini artırır. 

TodayPress xəbər verir ki, həmin maddələr bədənə qida, dəri və ya hava yolu ilə daxil olaraq iltihab yaradır və infarkt və insult ehtimalını yüksəldir.

Edilən araşdırmaya görə, 2018-ci ildə bu, dünyada 356 min nəfərin ürək-damar xəstəliklərindən ölümünə səbəb ola bilər. Ən çox ölüm halları Hindistan, Çin və İndoneziyada qeydə alınıb. Səbəb bu ölkələrdə plastik istehsalının yüksək, nəzarətin isə zəif olmasıdır.

Alimlər ftalatların sağlamlığa təsirlərini daha dərindən öyrənmək və bu maddələrin istifadəsini qlobal səviyyədə məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırır.

Türkan İsgəndərli

tag: Alim,Plastik,Maddə,Zərər,todaypress.az,