Pendirin təhlükələri barədə xəbərdarlıq
Sağlamlıq
27.11.2024 14:13
Bəzi xəstəliklər zamanı pendir istehlakını məhdudlaşdırmaq lazımdır.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq ediblər.
Qeyd olunub ki, pendirin tərkibində çox böyük miqdarda duz var. Bu da insana zərər verir: məsələn, 60 qram çedar pendirinin tərkibində 350 milliqram duz var.
Qidada yüksək miqdarda duzun olması qan təzyiqini və osteoporozun inkişaf riskini artırır. Bu, bədəndən kalsiumun yuyulmasına səbəb olur. Ona görə də artrit, hipertoniya və ya artıq çəkisi olan insanlar pendir yeməməlidir.
Alergiyası olanlar da bu qidadan istifadəni azaltmalıdırlar. Pendirdəki tiramin və qlutamik turşusu kəskin ağrılara səbəb ola bilir, eyni zamanda, miqreni təhrik edir.
Günəş Mərd
tag: Pendir, Zərərlər, Xəstəlik, Çəki, Qida, todaypress.az,