Oturaq həyat tərzi təhlükəli yaşam adlandırıldı
Sağlamlıq
23.11.2024 17:18
Amerikalı mütəxəssislər oturaq həyat tərzini təhlükəli yaşam adlandırıb.
TodayPress xəbər verir ki, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafına səbəb olub.
Oturaq həyat tərzi bir sıra sağlamlıq fəsadlarına gətirib çxıardığı üçün qlobal problem kimi sayılır. Tədqiqatçılar 60 yaşdan yuxarı 100 mindən çox insanın iştirak etdiyi təcürbə aparıblar. Könüllülərdən akselerometrləri bir həftə, gündə 24 saat taxmaq istənilib. Bu cihazlar onların bütün hərəkətlərini qeydə alıb.
Eksperimentlərin nəticələrindən məlum olub ki, 6 il ərzində bu xəstəliyə 414 yoluxma halı qeydə alınıb. Demoqrafik vəziyyətə və həyat tərzinə düzəliş etdikdən sonra tədqiqatçılar gündə 10 saatdan çox hərəkətsiz vaxt keçirən yaşlı insanlar arasında demensiya riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.
tag: Amerika, Oturaq Həyat Tərzi, Tədqiqatçılar, Sağlamlıq, Dünya, todaypress.az,