Ömrü uzadan qidalanma qaydası

Sağlamlıq

06.02.2025 14:46

926

Düzgün qidalanma, sağlamlıq və uzunömürlülük üçün əsas amillərdən biri də çoxlu tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq və toxum yeməkdir. 

TodayPress xəbər verir ki, ilk olaraq 40 yaşında bitki əsaslı pəhrizə keçid ömrünüzü 10-11 il uzada bilər. Yaşlı insanlar üçün bu qayda xüsusilə vacibdir. 

Yaşlandıqca insulinin müqaviməti artır. İnsulin hüceyrələrin qida maddələrini udması üçün vacib olan bir hormondur. Buna görə də yaşlı insanlara daha çox zülal qəbul etmək tövsiyə olunur.

Gündəlik zülal tələbatı yaş ötdükcə bir qədər də artırılmalıdır. Əgər 50 yaşa qədər orqanizmə hər kiloqram bədən çəkisi üçün 0,83 qram zülal lazımdırsa, 50  yaşdan sonra hər kiloqrama bir qram zülal tələb olunur. 

Qeyd edək ki, səhər yeməyini yemək də mütləqdir. Təcrübələr göstərir ki, səhər yemək yeyən insanlar sağlamlıqları ilə bağlı daha az şikayət edirlər. 

Nicat Osman

tag: Qidalanma,Sağlamlıq,Uzunömürlülük,Maddə,Yaş,Todaypress.az,