Ömrü azaldan içki açıqlandı

Sağlamlıq

14.05.2025 18:20

21

Bir banka şirin qazlı içki insan ömrünü orta hesabla 12 dəqiqə azalda bilər.

TodayPress xəbər verir ki, bu barədə ispaniyalı farmasevt Alvaro Fernandes “20minutos” nəşrinə verdiyi müsahibədə bildirib.

Fernandesin sözlərinə görə, bu nəticəyə Miçiqan Universitetinin alimləri apardıqları genişmiqyaslı tədqiqat əsasında gəliblər. Tədqiqat eyni zamanda göstərib ki, bu cür içkiləri tez-tez istehlak edən şəxslərdə II tip diabet, piylənmə və ürək-damar xəstəliklərinin yaranma riski əhəmiyyətli dərəcədə artır.

Ekspertin fikrincə, şirin qazlı içkilərin ən təhlükəli nəticəsi qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsidir. Bu isə insulin səviyyəsində dalğalanmalar yaradaraq maddələr mübadiləsini pozur və orqanizmdə xroniki iltihaba səbəb olur. Nəticədə, xərçəng riskinin artması ehtimalı da yaranır.

Fernandes eyni zamanda qazlı içkilərdəki süni qatqılar, rəngləndiricilər və konservantların da bağırsaq mikroflorasının balansını pozduğunu, immuniteti zəiflədərək ümumi sağlamlığa mənfi təsir etdiyini xatırladıb. O, bu cür içkilərin istehlakının məhdudlaşdırılmasını və onların yerinə su və ya daha zərərsiz alternativlər seçilməsini tövsiyə edib.

Qiymət Mahir

tag: Qazlı içki,İspaniya,Xərçəng,İltihab,todaypress.az,