Ölüm riskini artıran dərmanlar
Sağlamlıq
07.11.2024 15:30
“Qan durulducu dərmanların nəzarətsiz istifadəsi ölüm riskini artıra bilər”.
TodayPress xəbər verir ki, bununla bağlı türkiyəli professor Özgür Mehtap açıqlama verib.
Professorun sözlərinə görə, yüksək riskli insanlara profilaktik olaraq tətbiq edilən qan durulducu müalicələr trombozun qarşısını almaq məqsədi daşıyır. Lakin bu dərmanların həkim nəzarəti olmadan istifadəsi qanaxma riskini artıra bilər. Hansı şəxsə, hansı növ və müddətdə qan durulducu dərman istifadə olunacağına yalnız həkim qərar verməlidir. Özbaşına bu cür dərmanlardan istifadə etmək təhlükəlidir.
Özgür Mehtap qan durulducu dərmanların fərqli təsir mexanizmlərinə malik olduğunu və hər bir xəstə üçün fərdi seçimin vacibliyini vurğulayıb. Bir xəstə iki fərqli qan durulducu dərmanı birlikdə istifadə etdikdə ciddi beyin və böyrək qanaxması baş verə bilər.
Damar tıxanmasının qarşısını almaqda fiziki aktivlik mühüm rol oynayır. Hər gün ən azı 5-6 min addım atmaq və oturaq işlərdə çalışanların hər iki saatda bir neçə dəqiqə hərəkət etməsi qan dövranını yaxşılaşdırmağa kömək edir.
Piylənmə, siqaret çəkmə və qeyri-sağlam qidalanma kimi risk faktorlarının aradan qaldırılması zəruridir.
tag: Dərmanlar, Sağlamlıq, İnsanlar, Damar, Qan, todaypress.az,