Nazirlik Rəna Soltanovanı cərimələdi - Klinikasında qəfil yoxlama
Bu gün Səhiyyə Nazirliyi Analitik Ekspertiza
Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində
fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə məxsus klinikada
plandankənar yoxlama keçirilib.
TodayPress xəbər verir ki, bu barədə qurumdan “Qafqazinfo”ya
verilən məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması
hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün
“Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin
inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan
qaldırılması üçün müddət qoyulmuşdu.
Lakin,
orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla
əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər
əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.
Yoxlamanın
nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq
olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol
tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Qeyd
edək ki, İXM-nin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və
ya əczaçılıqla məşğul olmaqdan bəhs edir. Bu maddənin tələblərini pozan fiziki
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min
manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min
manatadək məbləğdə cərimə edilir.
tag: Səhiyyə, Nazirlik, Yasamal, Laser Beauty ,Estetik, Lisenziya, todaypress.az,