Naringi seçərkən nələrə diqqət yetirmək lazımdır?

Sağlamlıq

09.12.2024 19:30

Yaxşı və dadlı naringilər seçmək üçün mütləq diqqət etməli olduğunuz bir neçə məqam var. 

TodayPress xəbər verir ki, həmin şərtləri “Lenta.ru” ilə söhbətində aşpaz Tamara Moseva açıqlayıb. 

“Dadından (şirin və ya turş) asılı olmayaraq, naringinin keyfiyyəti bir neçə mühüm meyar, o cümlədən düzgün saxlama ilə müəyyən edilir. Yetişmiş naringilər yaşıl ləkələri olmayan parlaq narıncı rəngdə olur. Keyfiyyətli naringilərin qoxusunu uzaqdan da hiss etmək olur. Ətri ilə insanı valeh edir” deyə Moseva bildirib.

Aşpazın sözlərinə görə, adı çəkilən meyvəni alan zaman onun qabığını yüngülcə sıxın - elastik olmalıdır. Çox sərt və ya əksinə, meyvənin daxili qabığından tamamilə ayrılıbsa, bu onun hələ tam yetişmədiyini və ya çox yetişdiyini göstərir:

“Ən yaxşısı orta ölçülü naringiləri seçməkdir. Zahirən yaxşı görünən naringinin dadsız olacağını müəyyən etmək olduqca sadədir - meyvədə çürük və ya kif əlamətləri, çuxurlar, qabığın zədələnməsi və həddindən artıq yumşaqlıq varsa, bu onun yaxşı dadlı olmadığını göstərir”.

Bundan əlavə, Moseva mandarinlərin faydalı xüsusiyyətlərini da xatırladıb. O, vurğulayıb ki, naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və bir növ təbii panzəhər hesab edilən çoxlu limon turşusu var. Ona görə də onlar nitratlardan tamamilə azaddırlar.

Meyvənin tərkibində C, B, K, D və P vitaminləri yer alır. Sitrus meyvəsinin tərkibi kalsium, maqnezium və kalium kimi minerallarla da zəngindir. Ən maraqlısı isə təbii antidepresan olmasıdır. 

Moseva deyir ki, bu meyvənin təkcə içi yox, həm də ağ gözənəkli qabığı faydalıdır. Üst təbəqə müxtəlif yağlar, flavonoidlər və turşularla doymuşdur.  

Töhfə Səməd

tag: Sitrus ,Zəngin ,Meyvə, Vitamin ,Naringi ,todaypress.az,