Miqrendən necə qorunmaq olar?

Sağlamlıq

12.12.2024 20:00

Həkim Sergey Aqapkin miqrendən qorumağın yollarını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə həkim "Rossiya 1" kanalına danışıb. 

O bildirib ki, müəyyən növ məşqlər miqren tutması zamanı kömək edə bilər. 

“Bu, yoqa, pilates, hər cür nəfəs məşqləridir. Yəni bu zaman insan rahatlaşır, sakitləşir, vəziyyətini tənzimləyir” deyə Aqapkin bildirib.

Onun sözlərinə görə, bu yolla şiddətli baş ağrılarının qarşısını almaq olar.

Həkim miqreni inkişaf etdirən ən başlıca səbəb kimi kakao və şokolad istehlakını göstərib.

Töhfə Səməd

tag: Həkim ,Sergey Aqapkin,Miqren,Kakao,Şokolad,Yoqa,Pilates,todaypress.az,