Meymun çiçəyi hava damcıları ilə ötürülə bilər

Sağlamlıq

04.12.2024 11:13

Kiçik mutasiyalar meymun çiçəyi virusunun hava ilə ötürülməsinə səbəb ola bilər.

TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat dərc olunub. 

Qeyd olunub ki, meymun çiçəyi genomuna və DNT ardıcıllığına görə təbii qara çiçək virusuna çox oxşardır.  

Buna görə də, virusun intensiv olaraq daim dəyişdiyi kiçik mutasiya dəyişiklikləri onun xəstəlik törətmək qabiliyyətini artıra bilər və o, təmasla deyil, hava damcıları ilə ötürülə bilər. 

Bu halda meymun çiçəyinin bütün variantlarından, eləcə də qara çiçək xəstəliyindən qorumalı olan yeni vaksin hazırlanmalıdır. 

Günəş Mərd

tag: Virus, Xəstəlik, Mutasiya,Rusiya, DNT, todaypress.az,