L'Oreal kremlərində xərçəng təhlükəsi aşkarlandı
Fransanın
L'Oreal kosmetika şirkəti sızanaqların müalicəsi üçün nəzərdə tutulmuş
"Effaclar Duo" kreminin bütün partiyalarını Amerika bazarından geri
çağırır.
TodayPress xəbər verir ki, problemin şirkətin məhsullarında xərçəng
xəstəliyinə tutulma riski ilə əlaqəli olan benzolun tərkibi ilə bağlı olduğu
vurğulanır.
"L'Oreal
ABŞ-da Effaclar Duo sızanaqları müalicə edən kremlərin hamısını geri çağırır,
çünki kremlərin tərkibində benzol ola bilər. L'Oreal bildirib ki, məhsulun bir
partiyasında benzol izləri aşkar edilib" açıqlamada deyilir.
Krem L'Oreal-a
məxsus "La Roche-Posay" brendi altında istehsal olunur. Antibakterial
komponent olan benzoil peroksid parçalandıqda leykemiyaya səbəb ola bilən
benzol əmələ gətirir.
Kremin geri
çağırılması qərarı ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə birgə qəbul edilib.
tag: Fransa, Loreal, Paris, Kosmetika, Xərçəng, todaypress.az,