Kompüter qarşısında çox qalmağın zərərləri

Sağlamlıq

01.05.2025 17:10

14

Kompüter qarşısında çox vaxt keçirən insanların yarıdan çoxu daimi göz yorğunluğundan əziyyət çəkir.

TodayPress xəbər verir ki, belə vəziyyət uzunmüddətli diskomforta və görmə qabiliyyətində problemlərə səbəb ola bilər. 

Göz gərginliyini azaltmaq üçün monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməli, onunla məsafə isə 50-70 santimetr olmalıdır.

Eyni zamanda, ekran işığını minimuma endirmək üçün otaqda işıqlandırma düzgün tənzimlənməlidir.

Mütəxəssislər, həmçinin kompüter qarşısında işləyən şəxslərə hər 30-40 dəqiqədən bir fasilə verməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

tag: Kompüter,Göz,Sağlamlıq,Şüa,todaypress.az,