Kababı mayonezlə yemək olarmı?

Sağlamlıq

08.11.2024 11:38

“Kababın istənilən istehlakı zərərlidir və kömürdə qızardılmış ətə mayonez əlavə etmək onu daha zərərli etməyəcək”. 

TodayPress xəbər verir ki, diyetoloq Aleksey Kabanov belə bir açıqlama ilə çıxış edib.

O bildirib ki, kabab ürək-damar xəstəliklərinin yaranma riskini artıran doymuş yağlarla zəngin ətdir. Əlavə edib ki, inqrediyentlər baxımından mayonezin tərkibində konservantlar və dadlandırıcı əlavələr yoxdursa, onun tərkibində zərərli heç nə yoxdur, lakin onun həcmləri ilə həddi aşmaq olmaz.

Aleksey Kabanovun sözlərinə görə, kababın bədənimizə mənfi təsirini azaltmaq üçün əti tərəvəzlər, göyərti, ədviyyatlar və mürəkkəb karbohidratlardan hazırlanmış yan yeməklərlə birləşdirməliyik. Biz ətlə birlikdə nə qədər çox lif yesək, mədə və bağırsağımız ətin həzm olunmasının öhdəsindən bir o qədər asan gələcək.

Nərmin Tuncay

tag: Kabab, Mayonez, Bədən, Sağlamlıq, Tərəvəzlər, todaypress.az,