İmmunitet sisteminizi gücləndirən əsas qidalar - SİYAHI
Sağlamlıq
03.11.2024 17:35
Soyuq mövsümdə immunitet sistemini gücləndirmək üçün probiotiklərlə zəngin qidalar - qatıq və duzlu kələm yemək lazımdır. Meyvələr, sarımsaq, zəncəfil və yarpaqlı göyərti də immunitet sistemini gücləndirməyə kömək edir.
TodayPress xəbər verir ki, bu barədə "Healthnews" yazıb.
Həkimilərin fikrincə, bağırsaq sağlamlığının yaxşılaşdırılması immunitet sisteminin fəaliyyətini optimallaşdırmağa kömək edə bilər.
Soyuq mövsümdə mikrofloraya müsbət təsir göstərən probiotiklər - funksional və zərərsiz mikroorqanizmlər olan qidalara üstünlük vermək vacibdir.
Belə qidalara misal olaraq duzlu kələm və qatıq göstərmək olar.
Pəhrizinizdə sitrus meyvələri, göyərti, sarımsaq, zəncəfil, yarpaqlı göyərti, qoz-fındıq və toxumların nisbətini artırmaq da vacibdir.
Bu qidaların tərkibində "C" vitamini və antioksidantlar, iltihab əleyhinə təsir göstərən və zədələnmiş hüceyrələri bərpa edə bilən təbii maddələr var.
Günəş Mərd
tag: Qida,Sağlamlıq,İmmunitet,Vitamin,Todaypress.az,