İflic olan xəstələrin hərəkətliliyini bərpa etməyin yeni üsulu tapıldı
Sağlamlıq
03.12.2024 14:25
Lozanna Federal Politexnik Məktəbinin İsveçrə alimləri onurğa beyninin zədələnməsi səbəbindən iflic olan insanların hərəkətliliyini bərpa etməyin yolunu tapıblar.
TodayPress xəbər verir ki, tədqiqat “Nature Medicine” elmi jurnalında dərc olunub.
Komanda onurğa beyni zədəsi olan iki xəstə üzərində texnikanı sınaqdan keçirərək lateral hipotalamusa dərin stimullaşdırma tətbiq edib.
Eksperimentin iştirakçılarından biri xizək sürərkən qəza keçirən və 2006-cı ildən bəri əlil arabasında olan şəxsdir. Terapiya ona qısa məsafələri gəzməyə imkan verib və ümumi hərəkətliliyini artırıb.
Kəşf müəlliflərinin fikrincə, hipotalamusun stimullaşdırılması sinir yoluna təsir göstərir.
Elm adamları beynin xəritəsini tərtib etmək və onun hissələrinin rollarını təyin etmək üçün layihə zamanı lateral hipotalamus ilə motor funksiyası arasında əlaqə aşkar ediblər. Mütəxəssislər əvvəlcə heyvanlar üzərində, daha sonra isə insanlar üzərində kliniki sınaqlar keçiriblər.
Tədqiqatçılar əlavə ediblər ki, hipotalamusun stimullaşdırılması dərhal təsir göstərdiyinə görə, iflic olan xəstələr bədənlərinin alt hissəsində itirilmiş hissləri dərhal bərpa edirlər.
Töhfə Səməd
tag: İflic, Xəstəlik,Sağlamlıq, Elm Adamları, todaypress.az,