İçməli suda yeni kimyəvi maddə aşkarlandı
Sağlamlıq
22.11.2024 18:32
Arkanzas Universiteti və İsveçrə Federal Texnologiya İnstitutunun alimlər qrupu xlorlu içməli suda yeni kimyəvi birləşmə aşkar ediblər.
TodayPress xəbər verir ki, “Science” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, xlornitramid anionu (Cl–N–NO₂) suyu dezinfeksiya etmək üçün istifadə edilən qeyri-üzvi xloraminin parçalanmasının son məhsuludur və potensial təhlükə yaradır.
Bu, aşağı molekulyar çəkiyə malik sabit kimyəvi birləşmədir. Ona görə də, onun aşkar olunaraq, identifikasiyası edilməsi çətinləşir. Anion həmçinin məlum zəhərli maddələrlə oxşarlığına görə narahatlıq doğuran struktur xüsusiyyətlərinə malikdir.
Birləşmənin identifikasiyası onun laboratoriya şəraitində uğurlu sintezi sayəsində mümkün olub. Bu, alimlərə ilk dəfə olaraq maddəni təmiz formada əldə etməyə imkan verib. Sintezləşdirilmiş nümunələr analiz üçün İsveçrə Federal Texnologiya İnstitutuna göndərilib və daha çox tədqiqat aparılıb.
Alimlər sübut ediblər ki, xlornitramid anion həqiqətən də qeyri-üzvi xloraminlərlə suyun dezinfeksiyasının əlavə məhsulu kimi əmələ gəlir. İndi elm adamları bu birləşmənin yarada biləcəyi mümkün sağlamlıq risklərini qiymətləndirməklə məşğuldurlar.
Əlavə tədqiqatlar xlornitramid anionunun toksikliyinin olmadığını təsdiqləsə də, onun aşkarlanması hələ də böyük əhəmiyyət kəsb edir. Onun necə əmələ gəldiyini anlamaq alimlərə suyun dezinfeksiyasını daha yaxşı idarə etməyə və digər potensial təhlükəli birləşmələrin əmələ gəlməsinin qarşısını almağa kömək edə bilər. Nəticədə içməli suyun təhlükəsizliyi daha çox arta bilər.
Töhfə Səməd
tag: İçməli Su, Alimlər, Xlor, Kimyəvi Maddə, todaypress.az,