Hər şeyi oğurlamaq xəstəliyi: Səbəbləri və müalicəsi

Sağlamlıq

19.04.2025 13:36

17

Xəstəliklərin Beynəlxalq Təsnifatına (ICD-10) görə, oğurluq etmək üçün qarşısıalınmaz istək – kleptomaniya – psixi pozuntu hesab olunur. 

TodayPress məlumat verir ki, bu termin qədim yunan dilindən götürülüb.

“Klepto” – oğurlamaq, “maniya” isə həddindən artıq istək deməkdir. Mütəxəssislərin fikrincə, kleptomaniya zamanı insan planlaşdırmadan və maddi məqsəd güdmədən əşya oğurlayır. 

Kleptomanlar bəzən əllərinə keçən əşyaları gizlədir, zədələyir və ya onlardan tamamilə imtina edirlər.

Oğurluqdan əvvəl narahatlıq və gərginlik hiss edən şəxs hadisədən sonra peşman olur.

Bu pozuntu tez-tez obsessiv-kompulsiv pozğunluq, bipolyar pozuntu, asılılıqlar və beyin travmaları ilə yanaşı müşahidə olunur. Araşdırmalara görə, kleptomaniya qadınlarda daha çox rast gəlinir və adətən yeniyetmə yaşlarında başlayır.

Mütəxəssislər bildirirlər ki, bu pozuntu psixoterapiya və dərman müalicəsi ilə idarə olunsa da, müalicəsi uzunmüddətli və çətin ola bilər.

Kleptomaniyanın dəqiq səbəbləri məlum olmasa da, genetik meyillilik və ailə üzvləri arasında asılılıq halları risk faktorları sayılır. 

Türkan İsgəndərli

tag: Oğru,Xəstəlik,Araşdırma,Müalicə,Todaypress.az,