Həkim dişləri fırçalamamağı məsləhət gördü
Sağlamlıq
26.11.2024 14:05
Stomatoloq və cərrah Şaadi Manuçehri üç halda dişləri fırçalamamağı məsləhət görüb.
TodayPress xəbər verir ki, həkim, bu barədə öz “Instaqram” səhifəsində dərc etdiyi yazıda qeyd edib.
Mənuçehri deyib ki, yeməkdən dərhal sonra dişlərinizi fırçalamamalısınız. O, bunu yemək zamanı ağızda yaranan turşu mühitlə əlaqələndirib. Belə ki, bu zaman siz dərhal dişlərinizi fırçalamağa başlasanız, turşu dişlərinizlə təmas edəcək. Bu isə öz növbəsində dişləri zədələyir və çürüməyə gətirib çıxarır. Həmçinin qusduqdan dərhal sonra dişlərinizi fırçalasanız, eyni fəsad baş verə bilər.
Mütəxəssis, şirniyyat yedikdən sonra da dişlərinizi fırçalamamağı tövsiyə edib.
Töhfə Səməd
tag: Diş, Məcun, Yemək, Fırçalamaq,todaypress.az,