Günəş tutulmasının insan sağlamlığına zərərləri AÇIQLANDI
Günəş və Ay tutulmaları daha çox ürək çatışmazlığı və təzyiqdən əziyyət çəkən insanlara təsir edir.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hər iki tutulma zamanı maqnit dalğaları meteohəssas insanlara təsir göstərir.
"Hipertoniyadan əziyyət çəkən şəxslərdə təzyiqin yüksəlməsi, ürək çatışmazlığından əziyyət çəkənlərdə isə sıxılmalar, spazmlar müşahidə edilə bilər.
Buna görə də belə insanların Ay və Günəş tutulması zamanı evdən kənara çıxmaması məsləhət görülür" deyə əlavə olunub.
Bundan başqa, Ay və Günəş tutulması zamanı günəşə birbaşa baxmaq ciddi görmə probleminə səbəb ola bilər.
Qeyd edək ki, bu ilin ilk Günəş tutulması bu gün saat 12:50:35-də başlayıb, 16:43:25-də sona çatacaq. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumatda bunun qismən Günəş tutulması olacağı bildirilib.
Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalında, Avropada, Şimal-Qərbi Afrikada və Atlantik okeanından görünəcək.
Töhfə Səməd
tag: Günəş Tutulması,Sağlamlıq,Zərər,Açıqlama,Todaypress.az,