Göz üçün faydalı olan qidalar

Sağlamlıq

09.11.2024 12:48

“Müxtəlif qidalardan alınan vitaminlər göz sağlamlığına kömək edir”. 

TodayPress xəbər verir ki, oftalmoloq Svetlana Mirqorodskaya görmə üçün ən faydalı məhsulların adını açıqlayıb.

“Pomidor, yerkökü, ərik, xurma, eləcə də kərəviz, cəfəri, yabanı sarımsaq kimi parlaq qırmızı və narıncı rəngli bitki məhsullarından karotin şəklində A vitamini ala bilərik. Göz sağlamlığı üçün də çox vacib olan B vitaminlərini dənli bitkilərdən, ətdən, qaymaqdan və banandan almaq olar” deyə həkim bildirib. 

Bundan əlavə, həkim P və C vitaminlərinin faydalarından söz açıb. Oftalmoloqun sözlərinə görə, onlar sitrus meyvələri, moruq, albalı, böyürtkən, üzüm, qara qarağat, itburnu, bolqar bibəri, paprika, kələm, pomidor, kartof və limonda mövcuddur.

E vitamini isə qoz-fındıq, təmizlənməmiş bitki yağları və yarpaqlı göyərtilərdə mövcuddur. Öz növbəsində, dəniz balıqları və şampinyon göbəliyinin tərkibində D vitamini (kalsiferol) ehtiyatı var.

Həkim vurğulayıb ki, göz sağlamlığı üçün təkcə vitaminlər deyil, həm də mikroelementlər, məsələn, istiridyə, karides, quzu, mal əti, balqabaq toxumu, şam qozası, lobya, noxud, yerfıstığı və göbələkdə olan sink lazımdır. 

Bundan əlavə, ispanaq, brokoli, balqabaq, yaşıl noxud, lobya, qarğıdalı, xurma və qara qarağat, qaragilə, zoğal, böyürtkənin tərkibində olan antosiyaninlərdən əldə edilə bilən lutein və zeaksantin mikroelementləri görmə funksiyalarını inkişaf etdirmək üçün olduqca vacibdir. 

Töhfə Səməd

tag: Sağlamlıq, Qida, Göz,Svetlana Mirqorodskaya, todaypress.az,