Görmə qabiliyyəti asanlıqla bərpa olunacaq
Çin alimləri ilk dəfə olaraq insanlarda zədələnən retinanı bərpa edə və görmə qabiliyyətini yaxşılaşdıra bilən hüceyrələri müəyyən ediblər.
TodayPress xəbər verir ki, bu barədə məlumat "Science Translational Medicine" jurnalında dərc olunub.
Bildirilib ki, gövdəyə bənzər hüceyrələr gözün qişasında aşkar edilib və heyvan modellərində uğurla sınaqdan keçirilib.
Bu hüceyrələr özünü yeniləmə əlamətləri göstərib və əsas retinal hüceyrə tiplərinə çevrilib.
Onlar zədələnən hissələri və toxumaları bərpa edə biliblər.
Proses 24 həftə çəkib.
Alimlər tədqiqatı inkişaf etdirəcəklərini bildiriblər.
Türkan İsgəndərli
tag: Görmə,Sağlamlıq,Qabiliyyət,Bərpa,Todaypress.az,