Geni dəyişdirilmiş donuz böyrəyi insana köçürüldü
Çinli həkimlər uremiyadan əziyyət çəkən xəstəyə genetik cəhətdən dəyişdirilmiş donuz böyrəyini uğurla transplantasiya ediblər.
TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
"Növlər arası transplantasiya orqan çatışmazlığı problemini həll etmək və bir çox xəstələrə yeni ümidlər vermək üçün əsas yol ola bilər" deyə tibbi qrupun rəhbəri Dou Kefenq bildirib.
Bildirilib ki, böyrək 69 yaşlı qadına köçürülüb. Qan axını bərpa edildikdən sonra transplantasiya edilmiş böyrək sidik istehsal etməyə başlayıb.
Böyrək funksiyasını qiymətləndirmək üçün əsas biokimyəvi marker olan serum kreatinin səviyyələri üçüncü günə qədər normal səviyyəyə düşüb. Bu isə əməliyyatın ilkin uğurunu göstərir.
Eyni zamanda, həkimlər etiraf edirlər ki, xəstə immunitetdən imtina, laxtalanma pozğunluğu və patogenlərin yaratdığı infeksiyalar kimi problemlərlə üzləşə bilər.
Qeyd edək ki, Çində təxminən 130 milyon insan xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Bu günə qədər donuzdan insana böyrək nəqli ilə bağlı ən azı dörd sənədləşdirilmiş hadisə baş verib.
Bunların hamısı ABŞ-də qeydə alınıb. Bu günə qədər ən uzun müddət sağ qalan resipiyent 2024-cü ilin noyabrında donuz böyrəyi transplantasiyası alan bir qadındır.
Töhfə Səməd
tag: İnsan,Donuz,Böyrək,Əməliyyat,Sağlamlıq,Todaypress.az,