Ət diyeti qadın sağlamlığı üçün risklidir - Xəbərdarlıq
Ət məhsullarına əsaslanan diyet qadınlarda hormon balanssızlığına, sonsuzluq riskinə və yumurtalıqlarda polikistoz xəstəliyinə səbəb ola bilər.
TodayPress xəbər verir ki, belə diyet zamanı orqanizm kifayət qədər lif qəbul etmir, bu isə bağırsaqda estrogenin düzgün xaric olunmamasına və hormonal problemlərə yol açır.
Nəticədə menstruasiya pozuntuları, hormonal sızanaqlar, çəkidə artım və hamiləlikdə çətinliklər yarana bilər.
Həkimlər qadınlardan bu tip pəhrizlərdən çəkinməyi və rasiona daha çox bitki mənşəli qida əlavə etməyi tövsiyə edirlər.
Qiymət Mahir
tag: Ət,Diyet,Qadın,Sağlamlıq,todaypress.az,