Ən çox lif tərkibli meyvələr açıqlandı
Qida lifləri (sellüloza) baxımından ən zəngin meyvələr guava, armud, kivi, qreyfrut, qabıqlı alma və sitrus meyvələridir.
TodayPress xəbər verir ki, bu barədə “WelnessPulse” nəşrinə amerikalı dietoloq, tibb elmləri doktoru Aleksandra Ginos məlumat verib.
Mütəxəssis izah edib ki, liflər bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu karbohidrat növü həzm sisteminin sağlamlığını qoruyur, xolesterin səviyyəsini tənzimləyir və doyma hissini artıraraq çəkiyə nəzarət etməyə kömək edir.
Onun sözlərinə görə, gündəlik 2000 kalorilik pəhrizdə təxminən 28 qram lif qəbul olunmalıdır.
Günlük kalori miqdarı artdıqca, lif istehlakı da artırılmalıdır.
Aleksandra Ginos qeyd edib ki, bir çox insanlar üçün birdən-birə bitki əsaslı qidalanmaya keçmək çətin ola bilər. Bu baxımdan, az miqdarda böyük lif tərkibi olan məhsullar daha səmərəli sayılır.
Belə meyvələr arasında lider guava hesab olunur. Onun bir porsiyası 8,9 qram liflə orqanizmi təmin edir. Bir stəkan doğranmış armudda 5,5 qram, kividə 5,4 qram, qreyfrutda 5,0 qram, orta ölçülü qabıqlı almanda isə 4,8 qram lif mövcuddur.
Mandalin və portağalda bu göstərici 3,5 qram təşkil edir. Dietoloq həmçinin giləmeyvələri də rasiondan çıxarmamağı tövsiyə edib. Məsələn, bir stəkan moruqda təxminən 8 qram, böyürtkəndə 7,6 qram, qaragilədə isə 3,6 qram lif olur.
Qiymət Mahir
tag: Meyvə,Lif,Zəngin,Qida,Sağlamlıq,Todaypress.az,