EFSA: Quş qripi donuzlara keçə bilər

Sağlamlıq

05.05.2025 18:30

19

Avropada quş qripinin donuzlara keçməsi, insanlara yoluxa biləcək yeni və təhlükəli ştamların yaranmasına səbəb ola bilər.

TodayPress xəbər verir ki, bu barədə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) icraçı direktoru Bernhard Url “Financial Times”a müsahibəsində bildirib. 

Onun sözlərinə görə, hazırda quş qripinin quşlardan məməlilərə keçmə halları artır və bu proses ciddi narahatlıq doğurur.

“Quş qripi bu mənada xüsusi haldır. O, getdikcə daha çox quşlardan məməlilərə keçir. Əgər virus donuzlara keçsə, bu, insanlara uyğunlaşan yeni ştamların yaranmasına yol aça bilər” deyə Url qeyd edib. 

O, Avropanın bu təhlükəyə qarşı yüksək hazırlıq vəziyyətində olmalı olduğunu vurğulayıb.

Qiymət Mahir

tag: Quş qripi,Donuz,İnsan,Xəstəlik,todaypress.az,