Duzlu yeməklərə istək bir sıra xəstəliklərdən xəbər verir

Sağlamlıq

03.03.2025 19:55

2055

Duzlu qidalara həvəs xroniki stress səbəbindən yarana bilər. 

TodayPress xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq edib.

Bildirilib ki, duzlu qidalara aludəçilik hormonal dəyişikliklər, yuxusuzluq, yorğunluq və ya stress ilə əlaqəli ola bilər. Buna səbəb insanın tez-tez tərləməsi, çox su içməsidir. 

Nəticədə orqanizmdə elektrolit balansının pozulması müşahidə olunur ki, bu hallarda bədən bunu doldurmağa çalışır, ona görə də duzlu qidalara istək artır. 

Həkimlər bütün hallarda duzlu qidalardan uzaq durmağı məsləhət görürlər.

Türkan İsgəndərli

tag: Stress,Duzlu qidalar,Yuxusuzluq,Yorğunluq,todaypress,