Duş qəbul etməyin ideal vaxtı açıqlandı
İngiltərədən olan həkim Bhavini Şah yatmazdan təxminən bir saat əvvəl 10–15 dəqiqəlik ilıq duş qəbul etməyi tövsiyə edib.
TodayPress “The Sun” nəşrinə istinadla xəbər verir ki, Şahın sözlərinə görə, bu vərdiş bədənin təbii soyuma prosesini sürətləndirir, əzələləri rahatlaşdırır və yuxuya getməyi asanlaşdırır.
Mütəxəssis prosedurun sonunda 30 saniyəlik soyuq su ilə yuyunmağı da məsləhət görüb.
Onun sözlərinə görə, bu, bədənin daxili temperaturunun aşağı düşməsinə daha tez şərait yaradır.
Qiymət Mahir
tag: İngiltərə,Həkim,Duş,Yuxu,Yatmaq,todaypress.az,