Dünyada İLK: ALS xəstəsinə çip taxıldı

Sağlamlıq

28.04.2025 12:10

6

"Neuralink" şirkəti amiotrofik lateral skleroz (ALS) olan xəstəyə ilk beyin implantatını quraşdırıb. 

TodayPress xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask öz "X" hesabında yazıb.

Dünyada "Neuralink" çipinə sahib üçüncü şəxs Arizona sakini Bredford Smit olub. Smit tamamilə iflicdir, lakin implantın köməyi ilə nitqdə sintez olunan kompüterində yazı yaza bilir.

"Mən dünyada ALS ilə çiplənən ilk insanam". deyə o bildirib.

Bredford Smitin sözlərinə görə, həyatı çətin olsa da, indi hər şey daha yaxşıdır. Yazı yazmağa imkan verən implantın köməyi ilə Smit, ağzının və gözlərinin küncləri istisna olmaqla, bədəninin demək olar ki, tamamilə iflic olduğunu söyləyib. O, həm də həyati funksiyalarını qorumaq üçün ventilyatordan asılıdır.

Qeyd edək ki, ALS, motor neyronların zədələnməsi ilə əlaqəli mərkəzi sinir sisteminin sağalmaz degenerativ xəstəliyidir. Bu, nadir xəstəlik hesab olunur.

Töhfə Səməd 

tag: Neuralink,ALS,İlon Mask,Arizona,Bredford Smit,todaypress.az,