Dişdə yaranan problemlər xərçəngə səbəb ola bilər

Sağlamlıq

27.11.2024 11:10

Ümumi praktikant Aleksandr Myasnikov diş problemləri ilə xərçəng arasındakı əlaqəni açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə o, Rusiyanın “1-ci Kanal”ına danışıb.

Həkim bildirib ki, kariyes, diş ətinin iltihabı və periodontit xəstəliklər xərçəng üçün risk faktorlarıdır. Bundan başqa, mütəxəssisin fikrincə, diş problemləri infarkt və podaqranın inkişafına səbəb ola bilər.

O, dişdə iltihab yaranan zaman dərhal həkimə müraciət etməyi tövsiyə edib. 

Töhfə Səməd

tag: Diş, Xərçəng, Xəstəlik, İltihab, todaypress.az,