Diş fırçası seçərkən diqqətli olun!
Səhv seçilmiş diş fırçası sağlamlığınıza zərər verə bilər.
TodayPress xəbər verir ki, bu barədə stomatoloqlar xəbərdarlıq edib.
Belə ki, əksər insanlar sərt və ya yumşaq diş fırçalarından istifadə etməyə üstünlük verirlər.
Çox sərt olan fırça diş ətini zədələyə bilər. Yumşaq fırça isə dişləri düzgün təmizləmir.
Bildirilir ki, orta sərtlikli fırçalar isə düzgün istifadə edildikdə, diş ətlərinə zərər vermir və iltihaba, çürüklərə səbəb olan lövhəni effektiv şəkildə aradan qaldırır.
Fırça dişə 45 dərəcə bucaq altında tutulmalı və prosedur təxminən iki-üç dəqiqə çəkməlidir.
Əgər şəxsdə ortodontik problem varsa, hər yeməkdən sonra dişlərini fırçalamalıdır.
Türkan İsgəndərli
tag: Həkim,Diş fırçası,Sağlamlıq,İltihab,Todaypress.az,