Diqqətsizliyin səbəbləri açıqlandı
London İqtisadiyyat Məktəbinin alimləri müəyyən ediblər ki, konsentrasiyanı yaxşılaşdırmaq üçün sadəcə smartfonu əlçatmaz bir yerə qoymaq kifayət deyil.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Frontiers in Computer Science” jurnalında dərc olunub.
Tədqiqatçılar iştirakçıların 2 gün təcrid olunmuş otaqda işlədiyi bir təcrübə aparıblar.
Birində smartfonlar iş masasında, digərində isə 1,5 metr məsafədə olub.
Nəticələr göstərib ki, insanların telefona çıxışları məhdud olsa belə, diqqətlərini yayındırmaq üçün noutbuklarına müraciət ediblər.
Tədqiqatın müəllifi, doktor Maksi Heitmeyer problemin cihazın özündə deyil, istifadəçi vərdişlərində və mobil proqramlara quraşdırılmış mexanizmlərdə olduğunu bildirib.
“Smartfon bizim ünsiyyət, məlumat və əyləncə mənbəyimizdir. Konkret məqsədimiz olmasa belə, bilirik ki, o, bizi həmişə əyləndirə bilər” deyə o qeyd edib.
Aysel Mətləb
tag: Diqqətsizlik,Səbəb,Sağlamlıq,Araşdırma,Todaypress.az,